AZ

NBA Avropada yeni liqası üçün 11 şəhəri nəzərdən keçirir

NBA Avropada yeni liqası üçün 11 şəhəri nəzərdən keçirir.

İdman.biz xəbər verir ki, Serbiyanın "Meridian Sports" nəşri bu barədə məlumat yayıb.

Bildirilir ki, NBA Madrid, Barselona, ​​Münhen, Berlin, Paris, London, Mançester, Milan, Roma, İstanbul və Afinanı yeni liqadakı komandalar üçün Avropanın ən əlverişli şəhərləri kimi müəyyən edib.

NBA rəhbərliyi FIBA-nın baş katibi Andreas Zagklisin iştirakı ilə qarşıdakı iclasında layihəni bir daha müzakirə etməyi planlaşdırır. Avropada yeni liqanın yaradılmasının əsas mövzulardan biri olacağı gözlənilir.

Fransanın "Villerbann" klubunun prezidenti, keçmiş basketbolçu Toni Parker mövzu ilə bağlı belə deyib: “Ya razılığa gələcəyik, ya da NBA layihəsinə təkbaşına başlayacaq. Biz birləşmə və ya tərəfdaşlıq variantlarına köklənməliyik”.

İdman.biz

Seçilən
33
idman.biz

1Mənbələr