AZ

İranda üç məhbus dar ağacından asıldı

İranda İnsan Haqları Təşkilatı xəbər verir ki, Bircənd və Simnan zindanlarında üç məhbus dar ağacından asılıb.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə "Azad İran" telegram kanalı məlumat yayıb.

Məlumatda bildirilir ki, məhbuslardan biri narkotik qaçaqmalçılığında, ikisi isə qəsdən adam öldürmədə günahlandırılıb.

Təşkilat qeyd edib ki, İranda edamların kəskin artması ölkədə insan haqları ilə bağlı dərin böhranı əks etdirir. Əgər beynəlxalq ictimaiyyət və İran xalqı bu cinayətlər qarşısında sussa, bu terror silsiləsi davam edəcək.

"Cebheinfo.az" 

Seçilən
12
1
cebheinfo.az

2Mənbələr