2025-ci ildə “Dünyanın ən xoşbəxt ölkələri”nin adları açıqlanıb.
Oksford Universitetinin Rifah Araşdırma Mərkəzi tərəfindən aparılan araşdırmaya əsasən, 147 ölkənin yer aldığı siyahıda Finlandiya 8-ci dəfə ard-arda dünyanın ən xoşbəxt ölkəsi seçilib. Finlandiyandan sonra siyahıda Danimarka, İslandiya və İsveç var.
Ən böyük iqtisadiyyata sahib olan ABŞ isə ötən il olduğu kimi bu il də ilk 20-likdə yer ala bilməyib. Ötən il 23-cü pillədə olan ölkə bu il 24-cü yerə düşüb.
Kosta Rika və Meksika ilk dəfə olaraq dünyanın ən xoşbəxt 10 ölkəsi sırasına daxil edilib.
Ən xoşbəxt 10 ölkə belə sıralanıb:
1. Finlandiya
2. Danimarka
3. İslandiya
4. İsveç
5. Hollandiya
6. Kosta Rika
7. Norveç
8. İsrail
9. Lüksemburq
10. Meksika
Digər inkişaf etmiş ölkələrdən Almaniya 22-ci, İngiltərə 23-cü, Fransa 33-cü, İspaniya 38-ci, İtaliya 40-cı sırada yer alıb.
Ötən il 98-ci yerdə olan Türkiyə bu il 94-cü pilləyə yüksəlib. Müharibənin davam etdiyi Ukrayna 105-ci yerdən 111-ci yerə enib, Rusiya isə 72-ci pillədən 66-cı yerə irəliləyib.
Azərbaycan 147 ölkə arasında 94-cü yeri alıb.
Siyahının sonuncusu isə 147-ci pillədə yer alan Əfqanıstan olub.
Hesabat hazırlanarkən ölkələr üzrə adambaşına düşən milli gəlir, sosial dəstək, sağlam ömür gözləntisi, yardım fəaliyyəti və korrupsiya səviyyəsi kimi göstəricilər əsas götürülüb.
Fidan Hacızadə