İran tarixində ilk dəfədir ki, bu ölkənin dini lideri Əli Xamenei Novruz Bayramı ilə əlaqədar canlı yayınla xalqı təbrik etməyib. Tribunainfo.az xəbər verir ki, dünən İran prezidenti Məsud Pezeşkian birbaşa yayınla iranlıları təbrik etsə də, Xamineyini efirdə görən olmayıb.
Maraqlı məqam odur ki, Xamineyi təbrik ünvanlamasa da, yazılı şəkildə bu ili İranda “İstehsalat ili” elan edib. Halbuki hər il bu tip açıqlamalar birbaşa efirdən verilirdi.
Yerli media iddia edir ki, Xamineyi bu gün Tehranda bir qrup şəxslə görüş keçirəcək və yeni il təbrikini oradan səsləndirəcək. Lakin xaricdəki mühacir media isə iddia edir ki, İranın dini liderinin səhhəti onun danışmasına imkan vermir.