Səhiyyə Nazirliyinin tabeliyində “Səhiyyənin Təminat Mərkəzi”nin tenderi ləğv edilib. Tribunainfo.az xəbər verir ki, bu barədə açıq mənbələrdə məlumat yayılıb.
Məlumatda deyilir ki, Mərkəz özünə yumşaq inventar, yataq ləvazimatları və xüsusi geyimlər almaq istəyib. Bunun üçün 799 min 449 manat vəsait də ayırıb.
Tenderin ləğv edilməsi birbaşa layihənin maliyyələşdirilməsinin dayandırılması ilə bağlıdır. Belə ki, “Dövlət satınalmaları haqqında” qanunun 36.1.6.-ci maddəsinə əsasən dövlət bu tip layihələri maliyyələşdirməyi dayandırır. Belə bir qərarın verilməsinin konkret səbəbi məlum deyil. Güman edilir ki, indiyə qədər “Səhiyyənin Təminat Mərkəzi”nin keçirdiyi tenderlərdə bir sıra qüsurlar aşkarlanıb.