AZ

Niko Pas yayda “Real”a qayıda bilər

Yayda “Real”a qayıda bilər.

Karlo Ançelotti “Komo”da icarə qaydası ilə çıxış edən futbolçu haqda danışıb.

Madridlilərin baş məşqçisi onunla bağlı “Niko bizim oyunçudu. Onun İtaliyadakı inkişafını daim izləyirik. Onun gələcəyi ilə bağlı mövsümün sonunda qərar verəcəyik. “Komo”da əla çıxış edir. Bizim onunla bağlı heç bir şübhəmiz yox idi. Niko çox yaxşı futbolçudu” sözlərini deyib.

Pas “Real”ın yetirməsidi. O, ötən ilin avqust ayında “Komo” ilə 2028-ci ilə qədər müqavilə imzalayıb.

Argentinalı yarımmüdafiəçi İtaliya klubunda 27 oyuna çıxaraq 6 qol vurub və 6 məhsuldar ötürmə edib.

Seçilən
6
football-plus.az

1Mənbələr