İngiltərənin iki nəhəng klubu sanksiya ala bilər.
“Mançester Yunayted” və “Mançester Siti” akademiyanın xaricdə doğulmuş bəzi oyunçularının yaşları barədə yanlış məlumat verməklə saxtakarlıq etməkdə şübhəli bilinirlər.
“The Telegraph” nəşrinin məlumatına görə, ən azı üç futbolçu şübhə altındadı.
Xüsusilə, MY-dən iki qardaş Bassiru Nkoto və Duka Nkotonun adları çəkilib. Onlar 2022-ci ildə İngiltərə klubunun U-14 komandasına keçiblər.
Qeyd edək ki, MY hazırda İngiltərə premyer-liqasının turnir cədvəlində 37 xalla 13-cü yerdədi. MS isə 48 xalla 5-ci yeri tutur.