"İnter" klubu PSJ-nin qapıçısı Canluici Donnarummanı transfer etmək istəyir.
Offsideplus.az xəbər verir ki, "neradzuri" 25 yaşlı çərçivə qoruyucusunu 2026-cı ilin yayında klubuyla müqaviləsi başa çatanda heyətinə qatmağı planlaşdırır.
"Milan"ın yetirməsi olan Donnarumma 2021-ci ildən PSJ-də çıxış edir. O, İtaliya millisinin də əsas qapıçısıdır.