Bu gün 2026-cı ildə keçiriləcək Dünya çempionatının (DÇ-2026) Avropa zonası üzrə seçmə oyunları başlayır.
Offsideplus.az xəbər verir ki, ilk oyun günündə 6 matç keçiriləcək.
D qrupunda qərarlaşan Azərbaycan milli komandası mübarizəyə gec qoşulacaq. Ukrayna, İslandiya və Fransa-Xorvatiya cütünün qalibi ilə rəqib olan yığmamız seçmə mərhələdə birinci matçına bu ilin sentyabrında çıxacaq.
DÇ-2026, Avropa seçmə mərhələsi
21:00 Kipr - San-Marino
23:45 Andorra - Latviya
23:45 İngiltərə - Albaniya
23:45 Malta - Finlandiya
23:45 Polşa - Litva
23:45 Rumıniya - Bosniya və Herseqovina