“Hüquq və İnkişaf” İctimai Birliyinin rəhbəri Hafiz Həsənov barəsində qətimkan tədbiri seçilməsi üçün məhkəməyə təqdimat daxil olub.
Viral.az xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində təqdimata baxılıb.
Məhkəmənin qərarına əsasən, Hafiz Həsənov barəsində 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilib.
Son Yazılar:
- Hafiz Həsənov barəsində 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçildi
- Jurnalist Azər Rəşidoğlu müalicə üçün İstanbula getdi
- Beynəlxalq Olimpiya Komitəsinə ilk dəfə qadın prezident seçildi
Qeyd edək ki, Hafiz Həsənov Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham edilir.