Ölkənin maliyyə naziri Fernando Haddad bildirib ki, gələn il kimin namizəd olacağı ilə bağlı müzakirələr artıq başa çatıb.
Braziliyanın hazırkı prezidenti Luiz İnasio Lula da Silva 2026-cı ildə prezidentliyə namizəd olacaq.
Operativ Media xəbər verir ki, bunu ölkənin maliyyə naziri Fernando Haddad deyib.
"Düşünürəm ki, gələn il kimin namizəd olacağı ilə bağlı müzakirələr artıq başa çatıb. Bu gün prezident Lula da Silva ətrafında birlik var", - o, Globo News telekanalına müsahibəsində deyib .
Yanvarda “O Globo” qəzeti Braziliya liderinin yaxın gələcəkdə seçkilərə hazırlaşmağa başlayacağını qeyd edib.