
Kiyev Rusiyanın 4 vilayətinə dronlarla hücum edib.
Reyting.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, Rusiya HHM sistemləri pilotsuz uçan aparatları (PUA) vurub.
Ötən gecə Ukrayna Silahlı Qüvvələri Rusiyanın dörd bölgəsinə 43 PUA buraxıb ki, onların əksəriyyəti Volqoqrad, Rostov, Kursk və Belqorod vilayətləri üzərində vurulub.
Hərbi ekspert Vitali Dandıkinin sözlərinə görə, Moskva və Vaşinqton arasında davam edən danışıqlar fonunda Ukrayna Silahlı Qüvvələri Krım körpüsünə də hava zərbələri endirə bilər.
ELÇİN