Rusiya ilə Ukrayna arasında müharibə davam edir.
Sfera.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyindən verilən məlumata görə, Ukrayna ordusu gecə saatlarında Rusiya ərazisinə pilotsuz uçuş aparatları (PUA) ilə hücum etməyə cəhd edib.
Nazirliyin yaydığı açıqlamada bildirilir ki, Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən ümumilikdə 43 PUA zərərsizləşdirilib. Onlardan 34-ü Volqoqrad vilayəti, 4-ü Rostov, 4-ü Kursk, 1-i isə Belqorod üzərində vurulub.
Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi bir gün əvvəl də 132 PUA-nın məhv edildiyini açıqlamışdı. Son hücumlardan sonra Engels şəhərində fövqəladə vəziyyət elan olunub.
Fidan Hacızadə
sfera.az