Şimal bölgəsində yüksək dağlıq ərazilərdə qar müşahidə olunur
Şimal-Şərq Regional Hidrometeorologiya Mərkəzindən "İki sahil"in Şimal bürosuna verilən məlumata görə, Qubanın Qırız kəndində -7,0 dərəcə Selsi şaxta, 1sm qar; Xınalıq kəndində -6,0 dərəcə Selsi şaxta, 1 sm qar; Qusarın Ləzə kəndində - 4,0 dərəcə Selsi şaxta, 3 sm qar yağıb.
Digər dağlıq ərazilərdə qar yağmasa da dumanlı və şaxtalı hava şəraiti müşahidə olunur.
Aydın Adıgözəlov,
Quba, "İki sahil" üçün