AZ

Tramp Ukraynadan elə şeylər istəyəcək ki… – Böyük planlar qurulur

“ABŞ Ukrayna nüvə stansiyalarına potensial nəzarəti ələ keçirmək istəyir”.

Turkustan.az xəbər verir ki, bu barədə “Financial Times” (FT) Ukrayna mənbələrinə istinadən məlumat yayıb.

“Tramp administrasiyası Ukraynanın əsas mineral və enerji aktivlərinə çıxış əldə etmək üçün yeni şərtlər irəli sürmək istəyir. Vaşinqton Kiyevdən ümumi investisiya fondu ilə bağlı təfərrüatlı dəqiqləşdirilmələrə razılıq verməsini istəyir. Potensial olaraq, bu, digər iqtisadi aktivlərin, o cümlədən Ukrayna nüvə stansiyalarının ABŞ-ın mülkiyyətinə keçməsini də əhatə edə bilər”, – qəzet yazır.

Bildirilir ki, Ukrayna rəsmiləri xüsusilə Vaşinqtonun Kiyevlə silah tədarükü və kəşfiyyat mübadiləsini dayandırmasından sonra daha geniş razılaşmada əlverişsiz şərtləri qəbul etmək məcburiyyətində qalacaqlarından qorxurlar:

“Tramp hələlik yeni şərtlər təqdim etməyib. Bununla belə, ABŞ tərəfi daha ​​böyük razılaşma üzərində işləyir”./Globalinfo.az

Seçilən
16
turkustan.az

1Mənbələr