AZ

Şoyqu: Rusiya silahları üçün növbə yaranacaq

Rusiya silahları və hərbi texnikasına böyük tələbat var.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu bildirib.

"Xüsusi hərbi əməliyyat başa çatdıqdan sonra, inanın mənə, bizim silahlarımız üçün böyük növbə yaranacaq. Onlar döyüş əməliyyatlarında özünü sübut edib və mükəmməlləşdirilib", - deyə Şoyqu bildirib.

Təhlükəsizlik Şurasının katibi vurğulayıb ki, xarici alıcıları hava hücumundan müdafiə (HHM) sistemləri, zərbə dronları və modernləşdirilmiş zirehli texnika cəlb edə bilər:

"Bu, xüsusilə S-400, S-500 zenit-raket sistemləri, həmçinin "Pantsir" zenit-raket kompleksi ilə bağlıdır".

Bildirək ki, ötən il məlum olub ki, Rusiya dünyanın ən böyük silah ixracatçıları arasında üçüncü yeri tutub. İkinci yer Fransaya, liderlik isə hələ də ABŞ-a məxsusdur. 2019–2023-cü illər arasında Rusiya silah ixracı əvvəlki beş illik dövrlə (2014–2018) müqayisədə 53% azalıb.

Seçilən
75
1
axar.az

2Mənbələr