“Məndə olan məlumata görə, Paşinyanın Bakıya getməsi və orada sülh müqaviləsi imzalaması tələbi qoyulub”. Tribunainfo.az xəbər verir ki, bu iddia ilə erməni politoloq Argişti Kiviryan çıxış edib.
Onun sözlərinə görə, Azərbaycan bu addımı təkcə Paşinyanı şəxsən aşağılamaq üçün deyil, həm də Ermənistanın son kapitulyasiyasına nail olmaq üçün tələb edir.
Kiviryan qeyd edib ki, İrəvanla Bakı arasında heç bir danışıqlar olmayıb. “Ermənistan Azərbaycanın bütün tələbləri ilə razılaşıb, onların bütün bəndlərini ardıcıl şəkildə yerinə yetirib”.
Erməni politoloq qəribə bir iddia da irəli sürüb. Onun sözlərinə görə, əgər Azərbaycan Prezidenti İlham Əliyev bəyan etsə ki, daha Paşinyanla danışıqlar aparmaq istəmir, fövqəldövlətlər onu qısa zamanda baş nazir postundan uzaqlaşdıracaqlar. “Çünki hazırda regionumuzda eskalasiya heç kimə lazım deyil. Azərbaycan bunu çox gözəl anlayır ki, Paşinyanın hakimiyyətdə qalıb-qalmaması ondan asılıdır”.