AZ

Moskva sülhdə maraqlı deyil – ekspert

“Azərbaycan Ermənistanın onların bütün təkliflərini qəbul etməsindən şoka düşüb. Bakı İrəvanın bütün şərtləri qəbul edəcəyini gözləmirmiş”. Tribunainfo.az bildirir ki, bunu Təhlükəsizlik Siyasətinin Tədqiqat Mərkəzinin rəhbəri Areq Koçinyan deyib.
Onun sözlərinə görə, Rusiya iki ölkə arasında sülhdə maraqlı deyil. “Moskvanın sülh sənədini alqışlaması isə boğazdan yuxarı yanaşmadır”.
Koçinyan hesab edir ki, Avropa İttifaqının monitorinq missiyasının güc olduğu aydındır. “Lakin bu, monitorinq missiyasının sabah və ya yaxın gələcəkdə Ermənistan-Azərbaycan sərhədini tərk edəcəyi anlamına gəlmir”.
O qeyd edib ki, sülh müqaviləsinin bütün problemlərimizi həll edəcəyini düşünmək absurd və romantik olardı. Koçinyan həmçinin eskalasiya məsələsinin xeyli aşağöı olduğunu da deyib. “Böyük eskalasiya ehtimalı son dərəcə aşağıdır. Lakin Azərbaycanın bəyanatları kiçik eskalasiya ehtimalından xəbər verir”.

Seçilən
61
tribunainfo.az

1Mənbələr