Martın 21-də yerli vaxtla saat 05:03-də Ermənistanın Spitak şəhərindən 8 km şimalda 3,7 bal gücündə, coğrafi koordinatları 40,90⁰47, şimal-şərq enində zəlzələ baş verib.
Modern.az xəbər verir ki, zəlzələni Ermənistan Daxili İşlər Nazirliyinin Ərazi Seysmik Mühafizə Xidmətinin seysmoloji şəbəkəsi qeydə alıb,
Episentrdə yeraltı təkanların gücü 5 bal olub. Episentr 10 km dərinlikdə yerləşib.
Zəlzələ Lori bölgəsində (4 bal), Şirak bölgəsində (3-4 bal) və Araqatsotn bölgəsində (2-3 bal) hiss olunub