Gədəbəydə sərxoş kişi yarğana yığılaraq ölüb. Gədəbəydə 48 yaşlı kişi bədbəxt hadisə nəticəsində həyatını itirib.
Bizim.Media-nın yerli bürosunun xəbərinə görə, martın 19-da Gədəbəy rayon Moruqlu kəndinin ərazisində kənd sakini 1977-ci il təvəllüdlü Ə. Əsgərov sərxoş vəziyyətdə yaşadığı evə gedərkən yarğana sürüşüb yıxılıb. O həmin yerdə ölüb.
Ə.Əsgərovun meyiti martın 20-də tapılıb. İlkin versiyaya görə sərxoş kişinin yarğana yıxılmasının səbəbi havanın yağışlı və torpaq səthinin sürüşkən olması olub.
Ölüm faktı ilə bağlı Gədəbəy rayon prokurorluğunda araşdırmalar aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu