Estoniya Xarici İşlər Nazirliyi bəyan edib ki, Tallin martın 31-dən etibarən Rusiya vətəndaşlarının biometrik olmayan pasportlarının tanınmasını dayandıracaq.
XİN vurğulayıb ki, Estoniyada və ya başqa bir Aİ ölkəsində yaşamaq icazəsi olan və hazırda qeyri-biometrik Rusiya pasportundan istifadə edən ruslar 2025-ci il sentyabrın 30-dək biometrik pasport almaq üçün müraciət etməlidirlər.
Bəyanatda qeyd edilib ki, Rusiya qeyri-biometrik pasportları “müxtəlif təhlükəsizlik riskləri daşıyır və Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) tövsiyələrinə uyğun gəlmir.
Bir gün əvvəl Estoniya parlamenti Rusiya ilə sərhədi bağlayan qanun layihəsini dəstəkləməmişdi.
Martın 14-də Estoniyanın xarici işlər naziri Marqus Tsahkna bəyan edib ki, Rusiya guya respublika ilə sərhədlər yaxınlığında hərbi mövcudluğun yeni səviyyəsinə hazırlaşır. Xarici siyasət idarəsinin rəhbərinin sözlərinə görə, Moskva bunun üçün genişmiqyaslı infrastruktur yaradır.
Əziz Mustafa, Oxuməni.az