Paşinyan sülh müqaviləsini imzalamağa tələsir, çünki Ermənistanda vaxtından əvvəl parlament seçkiləri keçirilə bilər.
Yenisabah.az NG-yə istinadla xəbər verir ki, bunu politoloq Tiqran Koçaryan bildirib.
O qeyd edib: "Baş nazir iqtidarda qalmaq üçün sülh müqaviləsini bağlamağa nail olmalıdır. Əks halda, o, hakim koalisiya yarada bilməyəcək.
Paşinyan həm də narahatdır ki, Rusiya və ABŞ tezliklə Ukrayna ilə bağlı razılığa gələ bilər, bundan sonra isə Moskva Cənubi Qafqazda mövqelərini gücləndirməyə başlayacaq. Bu, şübhəsiz, onun hakimiyyətinə mənfi təsir göstərəcək".
Koçaryanın fikrincə, Azərbaycan sənədi imzalamağa tələsmir, çünki Ermənistan hakimiyyətindən hələ hər şeyi, bütün güzəştləri almadığına əmindir.
Telegram kanalımız