AZ

Haiti yığması son 8 oyunda qalib gəlib

Ölkədaxili turnirlərin həyəcanından uzaqlaşan azarkeşlər yığmamızın qarşıdakı iki yoldaşlıq oyununi maraqla gözləyir.

Bu oyunların birincisi martın 22-də Sumqayıtda keçiriləcək. Saat 21.45-də başlayacaq oyunda rəqibimiz Haiti olacaq.

Görəsən, Haitidə bu oyunla bağlı nə düşünürlər?

Haiti Futbol Federasiyasının saytında və “instaqram” hesabında oyunla bağlı paylaşım edilib. Azarkeşlərin şərhlərində millimiz haqda hansısa fikrə rast gəlməsəm də, oyunun Bakıda keçirilməməsinə baxmayaraq, Bakını tanıdıqlarını, paytaxtın Azərbaycanın mərkəzi şəhər olduğunu yazanlar var. Haiti mediası yığmanın əsas ulduzu, Messinin komanda yoldaşı, “İnter Mayami”nin hücumçusu Fafa Piko haqda xəbərlər yayır.

Haiti yığması son 8 qarşılaşmadan qalib ayrılıb. Sonuncu dəfə 2023-cü ilin oktyabrında Yamaykaya uduzub (2:3). Rəqib iyunun 7-də Aruba, 10-da isə Kürasao ilə rəsmi oyun keçirəcək.

MÜZƏFFƏR QULUZADƏ

Seçilən
22
football-plus.az

1Mənbələr