AZ

Nazirlikdən Novruz bayramı ilə bağlı daha bir müraciət – Video


Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə, o cümlədən dəfələrlə edilən müraciətlərə baxmayaraq, təəssüflə qeyd olunmalıdır ki, bəzi vətəndaşlar tərəfindən yanğın təhlükəsizliyi qaydalarının pozulması nəticəsində ötən gecə Novruz bayramının qeyd edilməsi ilə əlaqədar tonqalla bağlı 7 yanğına çıxış qeydə alınıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə FHN-dən məlumat yayıb.
Bildirilib ki, qeyd olunanları, habelə bir sıra bölgələrdə Novruz bayramı ilə əlaqədar mərasimlərin bu gün də davam edəcəyini nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək, yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə çağırır.
Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!
Təhlükə zamanı 112-yə zəng edin!
Seçilən
11
17
yeniavaz.com

10Mənbələr