AZ

Keçmiş UFC çempionu İrlandiya prezidenti olmaq istəyir

Keçmiş "Ultimate Fighting Championship" (UFC) çempionu Konor Makqreqor növbəti dəfə İrlandiya prezidentliyinə namizədliyini irəli sürmək planlarını açıqlayıb.

Ucnoqta.az xəbər verir ki, o, müvafiq bəyanatı X sosial şəbəkəsindəki səhifəsində yazıb.

"Məndən başqa hökumətə qarşı kim dayanacaq? Onların irəli sürməyə çalışdıqları başqa namizəd onlara qarşı dura bilməyəcək, amma mən dayanacağam", - Makqreqor yazıb.
 - Mən prezident kimi bu qanun layihəsini referenduma çıxarardım. Mən bu paktın qəti əleyhinə olsam da, bu məndən və ya hökumətdən, İrlandiyadan asılı deyil, seçim sənindir, o demokratiyadır. Prezident kimi mənimlə İrlandiyanın gələcəyi budur”.

Xatırladaq ki, İrlandiya prezident seçkiləri 2025-ci il noyabrın 11-də keçirilməlidir.

Seçilən
48
ucnoqta.az

1Mənbələr