AZ

1,2 milyon suriyalı evinə qayıdıb

BMT-nin Suriya üzrə humanitar koordinatoru Adam Abdelmoula 2024-cü ilin dekabrında Suriyada müvəqqəti hökumətin rəhbərliyi öz üzərinə götürdüyü vaxtdan bəri 1,2 milyon suriyalının vətənə döndüyünü açıqlayıb. 

“Cebheinfo.az” xəbər verir ki, o, Dəməşqdən onlayn olaraq BMT-nin Nyu -Yorkdakı Baş Qərargahında gündəlik mətbuat brifinqində iştirak edib. 

Suriyadakı inkişaflarla bağlı aktual məlumatları paylaşan Abdelmoula "2024-cü ilin dekabr ayı etibarilə 1,2 milyon insan öz vətənlərinə qayıtdı. Onların arasında 885 mini məcburi köçkün, 302 mini isə qaçqın var" ,-deyib. Suriyanın şimal-qərbindəki 2 milyon məcburi köçkündən yalnız 100 mininin geri qayıtdığını qeyd edən Abdelmoula bunun böyük ölçüdə əsas xidmətlərin olmaması, təhlükəsizlik riskləri və əskik hüquqi sənədlərin olmaması ilə bağlı olduğunu bildirib. 

Seçilən
16
cebheinfo.az

1Mənbələr