AZ

Sərkisyan: Qarabağ münaqişəsi bitməyib

Xocalı soyqırımının icraçmılarından biri, Ermənistanın III prezidenti Serj Sarkisyanın rəhbərlik etdiyi Ermənistan Respublika Partiyası absurd bəyanatla çıxış edib. Tribunainfo.az xəbər verir ki, sözügedən partiya iddia edib ki, Azərbaycan və Ermənistan arasında imzalanması nəzərdə tutulan sülh sazişi Qarabağ problemini həll etmir.
Partiyanın absurd bəyanatında deyilir ki, “Qarabağ məsələsi Ermənistanla Azərbaycan arasında “sülh sazişi” çərçivəsində həll olunmur”.
Sarkisyanın tərəfdarları onu da bildiriblər kji, guya, “Qarabağ münaqişəsi” həllini tapmayıb. “ATƏT-in Minsk Qrupunun fəaliyyəti bərpa olunana qədər problemin həllinə yönəlmiş əlavə tədbirlər nizamlanmaya töhfə verə bilər”.
P.S. Sarkisyan və dəstəsi mümkün qədər çalışır ki, Qarabağ məsələsini gündəmdə saxlasın. Özləri də yaxşı bilirlər ki, Qarabağ münaqişəsi artıq tarixə qovuşub və problem kökündən həll olunub. Sadəcə, bu cür bəyanatlar yaymaqla erməni depotat Torosyanın dediyi kimi, “çörəyin əllərindən çıxmamasına” çalışırlar.

Seçilən
46
tribunainfo.az

1Mənbələr