AZ

"Barselona"ya bəd xəbər: Millinin düşərgəsində zədələndi

İspaniya millisinin və "Barselona"nın mərkəz müdafiəçisi Pau Kubarsi zədələnib.

Publika.az xəbər verir ki, o, Niderland yığması ilə Millətlər Liqasının ilk 1/4 final matçında sıradan çıxıb. 41-ci dəqiqədə zədələnən Kubarsi matçı davam etdirə bilməyib. O, Din Heysenlə əvəzlənib.

İspaniya mətbuatı zədənin ciddi olduğunu iddia edir.

2024/25 mövsümündə 18 yaşlı Kubarsi "Barselona"nın heyətində 42 oyun keçirib, 1 qol vurub və 3 məhsuldar ötürmə edib.

Seçilən
60
1
publika.az

2Mənbələr