Bakı, 21 mart, AZƏRTAC
Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində rayon ərazisində yerləşən, hazırda istifadə olunmayan şadlıq evindən oğurluq edən əvvəllər məhkum olunmuş Canlar Əhmədov, Elvin Mikayıkov və Ələkbər Musayev saxlanılıblar.
DİN-in Mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, onlar şadlıq evinə 22200 manat ziyan vurublar.
Faktla bağlı cinayət işi başlanılıb,araşdırma aparılır.