İngiltərə təmsilçisi "Liverpul" və İspaniyanın "Barselona" klubu Niderlandlı futbolçunu transfer etməyi düşünürlər.
Bakıvaxtı.az "Sport.es" nəşrinə istinadən xəbər verir ki, "Feyenoord"da çıxış edən müdafiəçi Rid Civayro Avropa nəhənglərinin maraq dairəsinə düşüb.
Xüsusi ilə "Liverpul" 18 yaşlı futbolçuya komandadan ayrılmaq ehtimalı olan Aleksander Arnoldun əvəzləyicisi kimi baxır.
Qeyd edək ki, R.Civayro cari mövsüm "Feyenoord"un heyətində 27 oyun keçirib və 1 qol vurub.