Rusiyanın xalq artisti Larisa Dolina Moskvanın mərkəzindəki mənzilini 112 milyon rubla satan zaman psixi cəhətdən qeyri-sabit olub.
Publika.az xəbər verir ki, bu barədə "Mash" "Telegram" kanalı cinayət işi çərçivəsində aparılan ekspertizaya istinadən məlumat yayıb.
Müayinənin nəticələri göstərib ki, Dolinanın psixi vəziyyəti ona nə baş verdiyini anlamağa imkan verməyib. O, çox əsəbi olub və ağlayıb. Sənətçi bu gün universitetdə tələbələr üçün çıxış edib və Kremldə konsert verib.
Mülki prosesdə müğənninin nümayəndələri onun sözlərini təsdiqləmək üçün məhkəmə-psixiatrik ekspertizanın keçirilməsi ilə bağlı vəsatət verməyiblər.