AZ

Azərbaycanla Rusiya arasında ticarət əməliyyatları 70%-ə yaxın artıb

Bakı. Trend:

Bu ilin yanvar-fevral aylarında Azərbaycandan Rusiyaya 150,8milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixracolunub.

Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldəedib.

Məlumata görə, bu göstərici 2024-cü ilin eyni dövrü iləmüqayisədə 3,6 milyon ABŞ dolları və ya 2,3% azdır.

Hesabat dövründə Rusiyaya qeyri-neft məhsullarının ixracıAzərbaycanın ümumi ixracının 31,09%-i həcmində olub. Bununla daRusiya Azərbaycanın ən çox qeyri-neft məhsulları ixrac etdiyiölkələr sırasında ilk pillədə qərarlaşıb.

Bundan başqa, 2025-ci ilin yanvar-fevral aylarında AzərbaycanlaRusiya arasında ticarət əməliyyatlarının həcmi 997,9 milyon ABŞdolları təşkil edib ki, bu da 2024-cü ilin eyni aylarındakıgöstərici ilə müqayisədə 406,7 milyon ABŞ dolları və ya 68,8%çoxdur.

Hesabat dövründə Rusiya ilə ticarət dövriyyəsi Azərbaycanınümumi ticarət dövriyyəsinin 11,21%-i həcmində olub. Bununla daRusiya Azərbaycanın ən çox ticarət əməliyyatı apardığı ölkələrsırasında 3-cü pillədə qərarlaşıb.

Cari ilin yanvar-fevral aylarında Azərbaycandan Rusiyaya 150,9milyon dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, 2024-cü ilin eynidövrü ilə müqayisədə 4,3 milyon ABŞ dolları və ya 2,7% azdır.Hesabat dövrü ərzində Rusiya ilə ixrac əməliyyatları Azərbaycanınümumi ixracının 3,17%-ni təşkil edib.

Bu ilin yanvar-fevral aylarından Rusiyadan Azərbaycana 847,1milyon ABŞ dolları dəyərində idxal əməliyyatları icra olunub ki, buda illik müqayisədə 410,9 milyon ABŞ dolları və ya 94,2% artımdeməkdir.

Qeyd edək ki, cari ilin yanvar-fevral aylarında Azərbaycanınxarici ticarət dövriyyəsinin həcmi 8,9 milyard ABŞ dollarıolub.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə1,7 milyard ABŞ dolları və ya 23,2% çoxdur.

Hesabat dövründə ticarət dövriyyəsinin 4,8 milyard dollarıixracın, 4,1 milyard dolları idxalın payın düşüb ki, bunlar da,illik müqayisədə müvafiq olaraq 13 milyon dollar və ya 0,3% az və1,7 milyard dollar və ya 69,2% çoxdur.

Hesabat dövründə xarici ticarətdə 628 milyon dollarlıq müsbətsaldo yaranıb ki, bu da, illik müqayisədə 1,7 milyard dollar və ya3,7 dəfə azdır.

Seçilən
58
4
az.trend.az

4Mənbələr