AZ

Danışıqlarda yeni model: Otaqlar arasında qayıq diplomatiyası

“Amerika Birləşmiş Ştatlarının Səudiyyə Ərəbistanında Ukrayna və Rusiya arasında dolayısı ilə danışıqlar təşkil etdiyini demək olar”. 

“Cebheinfo.az”-ın məlumatına görə, ABŞ prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq jurnalist Qlen Bekə müsahibəsində belə deyib.

“Bu həftə biz Səudiyyə Ərəbistanına belə demək olarsa, dolayı danışıqlara texniki qruplar göndərəcəyik. Hər iki tərəf (Rusiya və Ukrayna) gələcək, lakin onlar fərqli otaqlarda olacaqlar”, - deyə Kelloq bildirib. Onun sözlərinə görə, bu görüşlərin əsas məqsədi mümkün atəşkəs məsələlərində Moskva və Kiyevin mövqelərini aydınlaşdırmaqdır. Əslində bu, Ər-Riyaddakı otaqlar arasında qayıq diplomatiyası formatıdır”. 

Xatırladaq ki, Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl Ukrayna və Amerika texniki komandalarının martın 24-də Səudiyyə Ərəbistanında görüşəcəyini bildirib. O qeyd edib ki, həmin gün Amerika tərəfi Rusiya nümayəndə heyəti ilə görüş keçirəcək. Zelenskinin sözlərinə görə, Kiyev rus qoşunları tərəfindən atəşə tutulmamalı olan mülki infrastruktur obyektlərinin siyahısını hazırlayacaq. Martın 19-da ABŞ Dövlət Departamentinin sözçüsü Temmi Brus Səudiyyə Ərəbistanında Amerika və Rusiya tərəfləri arasında danışıqların “yüksək heyət” səviyyəsində aparılacağını və əsas diqqətin texniki məsələlərə yönələcəyini bildirib. Eyni zamanda, “Sky News”-un məlumatına görə, Ukrayna nümayəndə heyətinin tərkibində  müdafiə naziri Rustem Umerov və Prezident Aparatının rəhbərinin müavini Pavlo Palisa da olacaq. 

Seçilən
28
cebheinfo.az

1Mənbələr