AZ

Ukrayna Sucada qazölçmə stansiyasını vurub: Güclü yanğın başlayıb

Ukrayna Silahlı Qüvvələri Rusiya ilə sərhəddə yerləşən "Suca" qazölçmə stansiyasına (GIS) zərbələr endirib.

Rusiya tərəfinin  məlumatına görə, Kursk və Sumı vilayətlərinin sərhəddində qaz kəmərind yanöın başlayıb.

“Cebheinfo.az” xəbər verir ki, məlumatda “Yanğın o qədər güclü idi ki, Kurskdan görünürdü. Hadisə şahidləri tərəfindən çəkilmiş kadrlarda parlaq parıltı görünür, yanğının ərazisi böyüyür, bəzi yerlərdə məşəl yanması da müşahidə olunur”,-deyə bildirilir. Rusiya qazı Avropaya Suca vasitəsilə nəql edilib. Rusiya qazının Avropaya nəqli üçün ən böyük dəhliz buradan keçirdi. O, diametri 1420 millimetr olan qaz kəməridir. Stansiya iki ölkənin sərhədi yaxınlığında yerləşir.

2022-ci ilin mayında Ukrayna Soxranovkadan tranzit üçün qaz qəbulunu dayandırıb, bundan sonra Suca tədarükün davam etdiyi yeganə qaz ölçmə məntəqəsidir.

Seçilən
94
cebheinfo.az

1Mənbələr