AZ

Putin MDB-dən olan həmkarlarına və Pezeşkiana Novruz təbriki ünvanlayıb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Rusiya Prezidenti Vladimir Putin Novruz bayramı münasibətilə MDB ölkələrindən olan həmkarlarına səmimi təbriklərini göndərib.
Oxu.Az xəbər verir ki, bu barədə Kremlin Mətbuat Xidməti məlumat yayıb.
Rusiya lideri Azərbaycan Prezidenti İlham Əliyevi, Qazaxıstan lideri Kasım-Jomart Tokayevi, Qırğızıstan Prezidenti Sadır Japarovu, Tacikistanın rəhbəri Emoməli Rəhmonu, Türkmənistanın dövlət başçısı Sərdar Berdiməhəmmədovu və Özbəkistan lideri Şavkat Mirziyoyevi təbrik edib.
Məlumatda deyilir: "Vladimir Putin liderlərə təbrikində əmin olduğunu bildirib ki, ikitərəfli strateji tərəfdaşlıq münasibətləri dost xalqlarımızın rifahı naminə bundan sonra da uğurla inkişaf edəcək".
V.Putin, həmçinin İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneiyə və Prezident Məsud Pezeşkiana Novruz bayramı münasibətilə təbriklərini göndərib.
Seçilən
42
oxu.az

1Mənbələr