İspaniya millisinin və "Barselona"nın mərkəz müdafiəçisi Pau Kubarsinin son vəziyyəti bəlli olub.
Fanat.Az xəbər verir ki, 18 yaşlı oyunçu Millətlər Liqasının 1/4 finalın mərhələsinin ilk oyununda - Niderlanda qarşı keçirilən (2:2) matçda zədələnərək meydanı tərk edib.
Lakin müayinə zamanı futbolçunun əzələsindəki zədənin ciddi olmadığı üzə çıxıb.
Qeyd edək ki, tərəflərin cavab oyunu martın 23-də keçiriləcək.