AZ

Messi “İnter Mayami”ni tərk edir – Yenidən “Barselona”ya qayıda bilər

“İnter Mayami”nin hücumçusu Lionel Messi ABŞ klubunu tərk edə bilər.

Msport.az xəbər verir ki, “Barselona” sabiq futbolçusunu geri qaytarmaq istəyir.

Kataloniya klubunun planı Messinin 2026/2027 mövsümünün starından öncə komandaya qoşulmasıdır.

Amma İspaniya təmsilçisinin maliyyə vəziyyəti ağır olduğundan Messi ilə danışıqlar prosesinin çətin keçəcəyi gözlənilir.

Xatırladaq ki, Messi 2023-cü ilin yayında “İnter Mayami”yə keçib. Futbolçunun klubla hazırkı müqaviləsi 2025-ci ilin sonuna kimi nəzərdə tutulub. Futbolçunun bazar dəyəri 20 milyon avrodur.

Seçilən
19
msport.az

1Mənbələr