AZ

"Məsuliyyət HƏMAS-ın üzərindədir" - Ağ Evdən açıqlama

Ağ Evin sözçüsü Karoline Leavitt Qəzzadakı son vəziyyətlə bağlı açıqlama verib. 

 

Sfera.az “CNN Türk”ə istinadən xəbər verir ki, onun sözlərinə görə, İsrailin hücumları nəticəsində atəşkəs pozulsa da, atəşkəsin davam etməməsinə görə məsuliyyət HƏMAS-ın üzərindədir. 

 

Leavitt, bütün əsirlərin azad olunması çağırışını bir daha təkrarlayıb.

 

Açıqlamasında Leavitt qeyd edib ki, Prezident Tramp İsrailin və İsrail ordusunun son günlər atdığı addımları tam şəkildə dəstəkləyir.

 

Fidan Hacızadə
sfera.az

Seçilən
10
sfera.az

1Mənbələr