Rusiya xarici işlər naziri Sergey Lavrov ölkənin ali dövlət ordeni olan “Müqəddəs apostol Andrey Pervozvannı” ordeni ilə təltif edilib.
KONKRET.az globalinfo.az-a istinadən xəbər verir ki, bununla bağlı Rusiya Prezidenti Vladimir Putin fərman imzalayıb.
“Vətən qarşısında müstəsna xidmətlərinə, Rusiya Federasiyasının xarici siyasətinin inkişafı və həyata keçirilməsinə böyük töhfəyə və uzun illər səmərəli dövlət fəaliyyətinə görə Rusiya Federasiyasının Xarici İşlər Naziri Sergey Viktoroviç Lavrova təltif edilsin”, – deyə Kremlin saytında dərc olunan sərəncamda deyilir.
Qeyd edək ki, Lavrov 1950-ci il martın 21-də anadan olub.