Dietoloq Samanta Kasetti deyir ki, yaxşı yemək və kökəlməmək üçün 08:30-dan əvvəl səhər yeməyi yemək lazımdır.
“Cebheinfo.az” xəbər verir ki, o, bu saatın günün ilk yeməyi üçün ideal vaxt olduğunu söyləyib.
Mütəxəssis vurğulayıb ki, hər yemək vacibdir, lakin səhər yeməyi xüsusi dəyərlidir. “Səhər bədənimiz təbii olaraq qidanı udmaq və həzm etmək üçün tənzimlənir. Bu, yuxudan tutmuş əhval-ruhiyyəyə, maddələr mübadiləsinə qədər hər şeyə təsir edən sirkadiyalı ritm sayəsində baş verir”, - Kasetti bildirib.
Dietoloqun fikrincə, metabolik nöqteyi-nəzərdən, 08:30-dan əvvəl səhər yeməyi idealdır, çünki bu zaman orqanizm insulinə ən həssasdır. "Bu, o deməkdir ki, o, karbohidratları daha effektiv emal edə, qan şəkərinin səviyyəsini daha yaxşı tənzimləyə və gün ərzində daha enerjili ola bilər", - ekspert bildirib.