İctimai nəqliyyatda, xüsusilə də avtobuslarda sərnişinlərin üzləşdikləri problemlərdən biri də uşaqlar üçün ödənişin edilməsi ilə bağlıdır.
Bəzi avtobuslarda neçə yaşında uşaqların bu nəqliyyat növündən ödənişsiz istifadə etmələri barədə elan da vurulur. Ancaq bununla yanaşı, bəzi hallarda sərnişinlərlə sürücü arasında uşağın ödənişsiz keçməsi ilə bağlı münaqişənin də şahidi oluruq.
Bu isə valideynlərin neçə yaşında uşaq üçün ödəniş edilməsi barədə məlumatının olmamasından irəli gəlir. Bəs əslində neçə yaşında uşaq avtobusdan ödənişsiz istifadə hüququna malikdir?
Məsələ ilə bağlı Azərbaycan Yürüstü Nəqliyyat Agentliyindən (AYNA) "Cebheinfo.az"-ın sorğusuna cavab olaraq bildirilib ki, Nazirlər Kabinetinin “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”na əsasən, müntəzəm avtobus marşrutlarında sərnişin özü ilə ayrıca yer tutmadan gediş haqqı ödənilmədən 5 yaşa qədər bir uşaq aparmaq hüququna malikdir".