AZ

Azərbaycan voleybolçularının klubu finala yüksəlib

Azərbaycan voleybolçuları Yelizaveta Ruban və Olena Xarçenkonun çıxış etdikləri “Alba” Rumıniya çempionatının finalına yüksəlib.

İdman.biz xəbər verir ki, komanda yarımfinal seriyasında "Braşov"u iki dəfə məğlub edib.

İlk görüşdə 3:1 hesabı ilə qalib gələn müntəzəm çempionatın lideri cavab görüşündə də rəqibindən güclü olub - 3:0. Ruban bu oyunda 12 xal toplayıb.

"Alba" finalda “Dinamo” – “Voluntari” yarımfinal cütünün qalibi ilə qarşılaşacaq.

İdman.biz

Seçilən
36
idman.biz

1Mənbələr