“İran xalqına zərər verən hər kəsə ağır şillə ilə cavab verəcəyik”.
“Cebheinfo.az” xəbər verir ki, bunu İranın ali dini lideri Əli Xameneyi deyib.
"Onlar bilməlidirlər ki, biz münaqişəni heç vaxt başlatmamışıq, lakin İrana zərər verən hər kəsin üzünə ağır sillə vurulacaq", - Xameneyi deyib.
Bundan əvvəl “Axios” portalı ABŞ Prezidenti Donald Trampın İranın nüvə proqramı ilə bağlı yeni saziş bağlamaq üçün İrana iki ay vaxt verdiyi barədə məlumat yayıb. Ağ Ev rəhbərinin İranın ali dini lideri Əli Xamneyiyə müvafiq məktub göndərdiyi iddia edilir.