Binəqədi Rayon Məhkəməsində “Hüquq və İnkişaf” İctimai Birliyinin sədri Hafiz Həsənov barəsində qətimkan tədbirinin seçilməsi üçün təqdimata baxılıb.
Viral.az xəbər verir ki, məhkəmə Hafiz Həsənov barəsində 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.
Qeyd edək ki, təqsirləndirilön şəxs Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham edilir.