AZ

Gəzməklə sağlamlığınızı qoruyun, diabetin qarşısını alın

Gəzməklə sağlamlığınızı qoruyun,

Mütəxəssislər 2-ci tip diabet riskini azaltmaq üçün sürətli yeriməyi tövsiyə edirlər.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, yeni araşdırmalar göstərir ki, saatda 6 kilometr sürətlə yeriyən insanlarda diabet riski 39% azalır.

Yerimə sürətinin sağlamlığa təsiri

İngiltərədəki London İmperial Kollecinin də daxil olduğu beynəlxalq tədqiqat qrupu, 1999-2022-ci illər arasında aparılan 10 müxtəlif araşdırmanın məlumatlarını təhlil edib. Böyük Britaniya, Yaponiya və ABŞ-dan ümumilikdə 508.121 böyüklünün iştirak etdiyi araşdırma göstərib ki:

– Saatda 3-5 km sürətlə yeriyənlərdə diabet riski 15% azalır.

– Saatda 6 km sürətlə yeriyənlərdə isə bu göstərici 39%-ə çatır.

Daha sürətli yeriyən insanların ümumi sağlamlığının daha yaxşı olduğu, əzələ kütləsinin artdığı və daha fit qaldığı müşahidə olunub.

Diabetin qarşısını almaq üçün sadə üsul

Mütəxəssislər bildirirlər ki, piylənmə və diabet hallarının artdığı müasir dövrdə müntəzəm gəzinti bu xəstəliklərin qarşısını almaq üçün sadə və effektiv üsuldur. Sağlam həyat tərzi vərdişləri qazanmaq, fiziki aktivliyi artırmaq və nizamlı şəkildə gəzmək diabetin qarşısını almaqda mühüm rol oynayır.

Tərcümə: Könül Oruc

E-saglam.az


Seçilən
133
e-saglam.az

1Mənbələr