AZ

Azərbaycan sülh prosesinə qarşı addımların qarşısını qətiyyətlə alacaq - XİN

Bakı. Trend:

Azərbaycan sülh prosesinə qarşı addımların qarşısını qətiyyətləalacaq.

Trend xəbər verir ki, bu barədə Xarici İşlərNazirliyinin Ermənistanın xarici işlər naziri Ararat MirzoyanınBraziliyanın xarici işlər naziri Mauro Vieyra ilə keçirdiyi mətbuatkonfransında səsləndirdiyi əsassız iddialara dair şərhindəbildirilib.

"Azərbaycan sülh prosesinə qarşı addımların qarşısını qətiyyətləalacaqMüharibə cinayətləri, etnik təmizləmə, hərbi təcavüz, işgəncəvə digər ağır cinayətlərdə ittiham olunan və ya məhkum olunmuşerməni əsilli məhbusların azadlığa buraxılması çağırışlarınagəldikdə, vurğulayırıq ki, cinayətləri Cenevrə Konvensiyalarına vəümumilikdə beynəlxalq hüquq və daxili qanunlara əsasən araşdırmaqvə mühakimə etmək Azərbaycanın ayrılmaz hüququ və öhdəliyidir.

Əgər Ermənistan həqiqətən də mövcud humanitar problemlərinhəllində maraqlıdırsa, Ermənistandan qovulmuş azərbaycanlılarıntəhlükəsiz şəkildə və ləyaqətlə öz evlərinə qayıtmaq hüquqlarınıtəmin etməli, 4000-ə yaxın itkin düşmüş azərbaycanlının yeri barədəməlumat verməli, Azərbaycan ərazilərində kütləvi şəkildəyerləşdirdiyi mina xəritələrinin təqdim edilməsində əməkdaşlıqetməlidir.

Azərbaycan bütün istiqamətlərdə sülh səylərini davam etdirəcəkvə bu prosesə qarşı addımların qarşısını qətiyyətlə alacaq", -XİN-dən qeyd edilib.

Seçilən
66
2
az.trend.az

7Mənbələr