1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
İsrail Nazirlər Kabineti Baş nazir Benyamin Netanyahunun ölkənin Təhlükəsizlik Xidmətinin (ŞABAK) rəhbəri Ronen Barın vəzifəsindən azad edilməsi barədə qərarını dəstəkləyib.
Oxu.Az TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Baş nazirin dəftərxanası məlumat yayıb.
Məlumatda qeyd olunur ki, Ronen Barın səlahiyyət müddəti aprelin 10-da başa çatır.
Xatırladaq ki, martın 16-da Benyamin Netanyahu Ronen Bara etimadını itirdiyini və onu istefaya göndərmək niyyətində olduğunu açıqlamışdı.