AZ

Ermənistanın Minsk Qrupu və ATƏT-in aidiyyəti qurumlarını qorumağa çalışan hərəkətlərinə etinasız yanaşmayacağıq - XİN

Bakı. Trend:

Ermənistanın keçmiş münaqişənin qalıqları olan Minsk Qrupu vəATƏT-in aidiyyəti qurumlarını qorumağa çalışan hərəkətlərinəetinasız yanaşmayacağıq.

Trend xəbər verir ki, bu barədə Xarici İşlərNazirliyinin Ermənistanın xarici işlər naziri Ararat MirzoyanınBraziliyanın xarici işlər naziri Mauro Vieyra ilə keçirdiyi mətbuatkonfransında səsləndirdiyi əsassız iddialara dair şərhindəbildirilib.

"Ermənistan xarici işlər nazirinin Ermənistanın sülh müqaviləsilayihəsinin ən son versiyası ilə razılaşaraq, mətn layihəsi üzrədanışıqların yekunlaşmasına yol açması ilə bağlı açıqlaması buölkənin son iki il yarım ərzində danışıqların mətninə qəbuledilməztəkliflər irəli sürməklə prosesə necə mane olduğunu nümayişetdirir. Məhz Azərbaycan diplomatiyası və tədbirləri bizə mətn üzrədanışıqları yekunlaşdırmağa imkan verib.

Lakin bu heç bir halda bizim Ermənistanın konstitusiyasındatəsbit olunmuş Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşıdavam edən iddialarına, eləcə də Ermənistanın keçmiş münaqişəninqalıqları olan Minsk Qrupu və ATƏT-in aidiyyəti qurumlarınıqorumağa çalışan hərəkətlərinə etinasız yanaşacağımız anlamınagəlməməlidir", - XİN-dən qeyd edilib.

Xarici siyasət idarəsindən əlavə edilib ki, Azərbaycan heç vaxtErmənistana qarşı işğalçılıq siyasəti aparmayıb və regionuqarşıdurma zonasına çevirən belə bir vəziyyətin yaranmasındamaraqlı olmayıb.

Seçilən
72
2
az.trend.az

3Mənbələr