Formula 1-də mövsümün 2-ci yarışı Çində təşkil olunur.

Offsideplus.az xəbər verir ki, bu gün sprint yarışı üçün təsnifat mərhələsi keçirilib. Rəqiblərini qabaqlayan Lüis Hemilton sabahkı mübarizəyə ən öndən başlayacaq.

O, "Ferrari" bolidi ilə ilk qeyri-rəsmi polunu qazanıb.

2-ci yeri son çempion Maks Ferstappen, 3-cü yeri isə "Maklaren"in pilotu Oskar Piastri tutub.

Əlavə edək ki, əsas yarış bazar günü keçiriləcək.