AZ

Ərdoğan: Fələstinlilərə dəstəyimizi davam etdirəcəyik

Ərdoğan:

AK Partiyanın konfrans salonunda iftar mərasimində çıxış edən prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin Fələstinin yanında olmağa, tarixin doğru tərəfində durmağa, məzlum Qəzza xalqına bütün gücü ilə dəstək olmağa davam edəcəyini deyib.

Reyting.az
xəbər verir ki, bunu “Anadolu” agentliyi yazıb.

Ərdoğan bildirib ki, İsrailin törətdiyi amansız qırğınlara səssiz qalanlar, müharibənin, soyqırımın, insanlığa qarşı cinayətlərin qarşısını almayanlar gec-tez həm tarix qarşısında, həm də vicdanları qarşısında cavab verəcəklər.

Sionist İsrail rəhbərliyinin İslam dünyasının Ramazan ayının mənəvi ab-havasını yaşadığı müqəddəs günlərdə Qəzzada atəşkəsi pozaraq, soyqırım siyasətini bütün vəhşiliyi ilə davam etdirdiyini bildirən Ərdoğan bu barbarın başlatdığı yeni hücumlarda əksəriyyəti uşaq və qadın olmaqla 500-dən çox fələstinlinin qanına büründüyünü bildirib: “Ramazan ayında, həm də sahur vaxtı Qəzzada dinc əhalinin üzərinə atılan bombalar bir çox valideynləri övladsız, çoxlu uşaqları yetim qoydu. Bu müqəddəs günlərdə Tanrıdan dünyanın hər yerində zülmə və zalımlara cəsarətlə, səbir və mətanətlə müqavimət göstərərək, həyat və ləyaqət uğrunda mübarizə aparan bütün məzlum insanların qurtuluşunu diləyirəm”.

Y. QACAR
Seçilən
19
reyting.az

1Mənbələr